XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2016 - 23:40

“Ya Menbiç PYD-dən tamamilə təmizlənəcək, ya da…” –Türkiyə Baş nazirinin müavini

numan-1

"Ya Menbiç PYD-dən tamamilə təmizlənəcək, ya da Menbiçin azad edilməsi üçün Azad Suriya Ordusuna (ASO) lazımi dəstək veriləcək".

Bunu Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş deyib.

“Türkiyə sərhədlərinin qorunması üçün Suriyada “Fərat qalxanı” əməliyatı başlatmışıq. Planlaşdırılan kimi davam edir. Ankara hədəflərini müəyyələşdirərək təhlükəsiz bölgənin yaradılması üçün ilkin addımlar atır. Əlaqədar dövlətlərlə diplomatik danışıqlar aparılır. ASO-ya logistik dəstək verilir”, – Qurtulmuş bildirib.

Axar.az