XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2016 - 23:35

Yəmən İran gəmisini həbs etdi –Müəmmalı səbəb

gemi

Yəmən sularında icazəsiz balıq ovu ilə məşğul olan İrana məxsus gəmi saxlanılıb.

Bu barədə Yəmənin “SABA” agentliyi məlumat yayıb.

Gəminin Ədən Körfəzi yaxınlığında Sokorta əyalətinin tərkibindəki Abdulkuri ilə Semha adaları ətrafında yaxalandığı bildirilib.

Heyətin sorğu-sual edilməsi və qanuni prosedurların həyata keçirilməsi üçün əyalət məhkəməsi araşdırmalara başlayıb. Gəmi isə ölkənin Hərbi-Dəniz Qüvvələri tərəfindən müsadirə edilib.

Qeyd edək ki, Yəmən rəsmiləri sözügedən gəminin husilərə silah-sursat daşıdığını iddia edir.

Lakin İran tərəfi bu ittihamı rədd edib.

Axar.az