Ukraynada prezident başda olmaqla bütün deputatlar və məmurlar gəlir bəyannaməsini dolduraraq nə qədər sərvətə sahib olduqlarını açıqlayıblar.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, diqqətçəkən deklarasiyalardan biri deputat Sergey Mayzelin olub.
Eyni zamanda Kiyev Nəqliyyat İnfrastrukturu Departamentinin rəhbəri vəzifəsini tutan Mayzel hesabında 1 milyon 75 dollar nağd pulun olduğunu açıqlayıb. O, həmçinin bir nəfərə 1 milyon qrivna borc verdiyini də qeyd edib.
Sənədə görə, Mayzelin adına 13,6 min kvadratmetrlik sahə, mülk, mənzil, ofis və torpaq sahəsi var. Deputat «Vacheron Constantin» və «Ulysse Nardin» markalı qol saatlarını da mal varlığının siyahısında göstərib.
Ali Rada deputatlarının gəlir deklarasiyalarından məlum olur ki, onların hesablarında ümumilikdə 12 milyard nağd pul var.