XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2016 - 11:57

“AirAsia” şirkətinə məxsus təyyarəuçuş-enmə zolağından çıxıb

“AirAsia” şirkətinə məxsus təyyarə Malayziyanın şimal-şərqində yerləşən Kelantan ştatının inzibati mərkəzi Kota-Barudan havaya qalxmaq istəyərkən uçuş-enmə zolağından çıxıb.

Bu barədə “The Star” qəzeti məlumat yayıb.

Asiyanın ən böyük büdcə aviadaşıyıcısının yaydığı məlumatda qeyd edilir ki, hadisə zamanı heç kim xəsarət almayıb. Sərnişinlərin mehmanxanalara yerləşdirilməsinə və sonradan təyinat məntəqəsinə – Kuala Lumpura çatmalarına lazımi kömək göstərilib.

“Airbus A320” təyyarəsinin uçuş-enmə zolağından çıxmasının səbəbləri araşdırılır(azərtac).