XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2016 - 16:31

Almaniya qaçqınlara daha2,6 milyard avro ayıracaq

Almaniya hökuməti bu il qaçqınların ehtiyacını ödəmək uçun federal torpaqlara əlavə olaraq 2,6 milyard avro ayıracaq.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət bu qərarı federal torpaqların ilin əvvəlindən avqust ayınadək qaçqınlara xərclədiyi real vəsaitin məbləği barədə hesabatından sonra qəbul edib. Berlin ayrılacaq vəsaiti adambaşına ayda 670 avrodan götürəcək.

Almaniya 2016-cı ildə bu məqsədlə ümumilikdə 7 milyard avro xərcləməyi nəzərdə tutsa da, bu vəsait yetərli olmayıb. Sonuncu əlavə də nəzərə alınsa, mühacirlərə çəkilən xərclər 9,5 milyard avroya qədər artıb.

Hökumətin fikrincə, bu qərar Almaniyanın dövlət borcunun artmasına səbəb olmayacaq. Belə ki, ölkə büdcəsində qaçqınlarla bağlı xərclərə görə 6,1 milyard avro ehtiyat vəsait nəzərdə tutulub.