Oktyabrda Rusiyanın orta gündəlik neft hasilatı illik müqayisədə 3,9 faiz, aylıq müqayisədə isə 1 faiz artaraq 11 milyon 204 min barrelə çatıb.
Azərtac “ria.ru”ya istinadla xəbər verir ki, bununla da Rusiyada neft hasilatı sentyabrdakı 11 milyon 110 min barrel/gün olan rekordunu təzələyib.
Xatırladaq ki, sentyabrda Rusiyanın neft hasilatı son 25 ildə ilk dəfə 11 milyon barrel/gün həddini keçmişdi.