XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2016 - 11:02

İranın ali dini rəhbəri:"Xomeyni bu gün sağ olsaydı fəryad edərdi...”

xameneyi-mekteb

“Hegemonçu ABŞ dövlətinin siyasəti və zatı tamahkarlıq üzərində qurulub”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın ali dini lideri Xameneyi "13 Aban" məktəbli günü ərəfəsində minlərlə məktəbli və tələbə ilə görüşü zamanı deyib.

Xameneyi ABŞ-da prezident seçkilərində namizədlər arasındakı debatlara da toxunub:  “Bu iki namizəd bu günlər ABŞ-ın daxilində mövcud olan həqiqətləri və faciələri aşkar formada ifşa edirlər. Əlbəttə, biz daha öncə bunun çox az bir hissəsini bəyan etmişdik. Amma, bəziləri buna inanmırdılar və ya inanmaq istəmirdilər. İndi isə bu iki namizədin debatlarda dedikləri Amerikada insani dəyərlərin öldüyünə dəlalət edir.

Xameneyi qeyd edib ki,  bu gün ABŞ-ın borcları bu ölkənin ümum milli istehsal miqdarına bərabərdir. Beynəlxalq göstəricilərə əsasən bu böhran deməkdir.

O, "Böyük Yaxın Şərq" planına işarə edərək deyib ki, bu gün amerikalılar Suriya, İraq, Livan, Yəmən və Şimali Afrika olaylarında çıxılmaz vəziyyət ilə üzləşiblər: “Məgər, bu vəziyyət böhran deyil?”

Xameneyi vurğulayıb:  “Əgər İmam bu gün həyatda olsaydı, xalqın oyanışına səbəb olan və İbrahimin büt sındıran nidasını xatırladan səsi ilə fəryad edərdi”.