XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Noyabr 2016 - 14:21

Bəşər Əsəd:“Rusiya və ABŞ Suriyada müttəfiq ola bilməz”

Esed

“ABŞ Deyr əz-Zor şəhərində Suriyanın hökumət qüvvələrinə qəsdən zərbə endirib”.

 “RİA Novosti”nin verdiyi xəbərə görə, bu sözləri Suriya prezidenti Bəşər Əsəd Serbiya KİV-nə  müsahibəsində deyib. O, Hələbdəki vəziyyətlə bağlı istənilən barışıq və siyasi təşəbbüsünü pozulmasına görə məsuliyyəti də rəsmi Vaşinqtonun üzərinə atıb: “ABŞ yalnız silahlılara lazım olan zaman atəşin dayandırılmasını tələb edir. Bu isə onlara yenidən təşkilatlanmaq və əlavə dəstək almaq imkanı verir”.

 Bəşər Əsədin sözlərinə görə, Rusiya ə ABŞ hazırda Suriyada terrorçularla mübarizə məsələsində müttəfiq ola bilməz.