XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2016 - 15:17

London məhkəməsi Avropa İttifaqından çıxmağı qadağan edənqərar verdi

brexit-88

 

Bu gün London Yüksək Məhkəməsi Böyük Britaniya hökumətinin Avropa İttifaqından çıxmaq (Brexit) proseduruna başlamasını qadağan edən qərar qəbul edib.

 BBCnin verdiyi məlumata görə, məhkəmənin qərarına əsasən hökumət Lissabon müqaviləsinin 50-ci maddəsini müstəqil şəkildə həyata keçirmək hüququna malik deyil və bunun üçün parlamentin qərarı lazımdır. Hökumətin bu qərardan apellyasiya şikayəti verəcəyi bildirilir.

 Məhkəmənin qərarından sonra funt-sterlinqin məzənnəsi yüksəlib.

 Baş nazir Tereza Mey parlament səsverməsi keçirmədən 2017-ci il martın sonlarına qədər Lissabon müqaviləsinin 50-ci maddəsi əsasında Aİ-dən çıxmaq proseduruna başlayacağını açıqlamışdı. Məhkəmənin qərarı isə “Brexit”in başlama müddətini gecikdirə bilər.   

Xatırladaq ki, bu ilin iyun ayında Böyük Britaniyada Avropa İttifaqından çıxmaq barədə referendum keçirilib. Səsvermədə iştirak edənlərin 51,9 faizi “Brexit”in lehinə, 48,1 faizi isə əleyhinə səs verib.