XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Noyabr 2016 - 16:00

Rusiya xarici işlər nazirinin müavini:“Tiflis Moskva ilə münasibətləri bərpa etməyə hazır deyil”

karasin

“Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazır deyil”.

 Bu sözləri "RİA Novosti"yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. O bildirib ki, son 4 ildə ikitərəfli əlaqələri sağlamlaşdırmaq mümkün olub: “Rusiya Gürcüstanın əsas xarici iqtisadi tərəfdaşları siyahısına düşüb, nəqliyyat əlaqələri normallaşıb, ənənəvi humanitar, mədəni  əlaqələr inkişaf edir. Yəni iki xalqının maraqları çərçivəsində irəliləyişlər əldə olunub. Lakin digər tərəfdən, Gürcüstan tərəfi yenə də Rusiya ilə 2008-ci ilin sentyabrında pozduğu diplomatik münasibətləri bərpa etməyə hazır deyil. Rəsmi Tbilisi mütəmadi olaraq ölkəmizə qarşı ritorikalar səsləndirir. Bu, yumşaq desək, yuxarıda sadaladığım müsbət irəliləyişə dayanıqlılıq gətirmir”.

 Q. Karasin hazırki dövrdə iki ölkə prezidenti arasında hər hansı təmasın planlaşdırılmadığını söyləyib.