XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

04 Noyabr 2016 - 20:56

İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum edənlər qırmaclanacaq –Qərar

iran

İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum edənlər barədə qərar verilib.

Tehran məhkəməsi səfirliyə hücumla bağlı üç nəfərin 6 ay müddətinə həbs edilməsi və 70 qırmanc cəzasına məhkum edilməsi barədə qərar çıxarıb.

Müttəhimlərdən 12 nəfər haqqında 91 gün təxirə salınmış həbs cəzası qərarı verilib, digər 5 nəfər isə bəraət alıb. Müttəhimlərin qərarla bağlı kassasiya məhkəməsinə müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, bu ilin yanvar ayında Ər-Riyadda şiə din xadimi Şeyx Nimr Baqir əl Nimrin edam edilməsindən sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum təşkil edilmişdi.

Axar.az