XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 10:07

Samsungun 2,8 milyon paltaryuyan maşınıtəhlükəli hesab olunub

Samsung şirkəti ABŞ bazarından 2,8 milyon paltaryuyan maşını geri çağırıb.

Amerikanın istehlak malları üzrə Təhlükəsizlik Komissiyası qapağı üstdən açılan 34 modeldə ciddi qüsurlar aşkarlandığını bəyan edib. Reuters xəbər verir ki, 9 halda istehlakçılar xəsarət aldıqlarını bildiriblər. Qəflətən açılan qapaq bir nəfərin çənəsini sındırıb.

Ümumilikdə isə bu paltaryuyan maşınlarla bağlı şirkətə 733 şikayət daxil olub(azərtac).