XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 10:30

Çinə uçan təyyarəqəza enişi edib

Yeni Zelandiyadan Çinə uçan “China Southern Airlines” şirkətinə məxsus təyyarə mühərrikdə yaranan problemə görə qəza enişi edib. Bu barədə “Radio New Zealand” radiostansiyası məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Çinin Quandun əyalətinin Quançjou şəhərinə uçan təyyarə yeni Zelandiyanın Oklend şəhər aeroportundan havaya qalxıb. Onun göyərtəsində 212 nəfər olub.

Havaya qalxdıqdan bir qədər sonra təyyarə həmin aeroporta qayıtmağa məcbur olub. Təyyarənin enişi zamanı heç bir problem qeydə alınmayıb, sərnişinlərdən zərər çəkən olmayıb.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir(azərtac).