Dünən Türkiyənin Diyarbəkir vilayətində baş verən terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Qeyd edək ki, Diyarbəkirin Bağlar rayonunda Polis İdarəsinin partladılması nəticəsində 9 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Ölənlərdən 2-si polis, 7-si mülki şəxsdir. Yaralananlardan biri isə körpə uşaqdır.