XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 11:07

Trans-Sakit okean Tərəfdaşlığı üzrəqanun layihələri təsdiqləndi

Yaponiya parlamenti aşağı palatasının xüsusi komitəsi Trans-Sakit okean Tərəfdaşlığı (TPP) çərçivəsində azad ticarət barədə qanun layihələrini təsdiq edib.

Qanun layihələrinin təsdiqi hakim Liberal Demokratik Partiya, onun koalisiya tərəfdaşı olan Komey Partiyası və “Nippon İşin” partiyasının dəstəyi nəticəsində baş tutub.

Razılaşmaya əsasən, Yaponiya ixrac etdiyi kənd təsərrüfatı, dəniz sənayesi və sənaye istehsalı məhsullarının tariflərinin 95 faizini ləğv etməyi üzərinə götürəcək.

Təklif edilən qanunlar TPP üzrə razılaşma qüvvəyə mindikdən sonra mal və donuz ətinin istehsalı ilə məşğul olan fermerlərin gəlirləri azalacağı təqdirdə onlara yardım sisteminin yaradılmasını nəzərdə tutur.

Hakim koalisiya bu qanun layihələrinin gələn həftə parlamentin aşağı palatasının plenar sessiyasında qəbul edilməsini və sonradan yuxarı palatanın müzakirəsinə çıxarılmasını planlaşdırır. Müxalifətdə olan Yaponiya Demokratik və Kommunist partiyaları isə həmin qanun layihələrinin hərtərəfli müzakirəsinə çağıraraq, onların dondurulmasına çalışırlar.