XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 11:24

Gələn il Hollandiyada ilk plastik yollarinşa olunacaq

Gələn ilin sonuna qədər Hollandiyada ilk plastik yolların inşası planlaşdırılır.

Bu barədə Qərbin sahə KİV-ləri məlumat yayıb. Layihənin həyata keçirilməsi KWS, “Wavin” və “Total” şirkətləri arasında imzalanan müqavilə sayəsində baş tutacaq.

Söz düşmüşkən, plastik yollar konsepsiyası ötən il KWS şirkətinin mühəndisləri tərəfindən tərtib edilib.  Bu layihə avtomobil yollarının inşası üçün emal olunmuş məmulatlardan xüsusi modulların hazırlanmasını nəzərdə tutur. Bu modullar asfalta analoji olan yüklənməyə dözmək iqtidarındadır. Ancaq asfalta nisbətdə bir çox üstünlüklərə malikdir. 

Məsələn, yüngül çəkisi sayəsində onları daşımaq, bir-biri ilə birləşdirmək və lazımi vəziyyətdə uyğunlaşdırmaq çox asandır. Yolun altındakı torpaq isə daha az çökür(lent.az).