XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 12:59

Milan Xovanets:"Avropa İttifaqı-Türkiyə razılaşmaları iflasa uğraya bilər"

Çexiyanın daxili işlər naziri Milan Xovanets Zalsburq Forumu çərçivəsində avstriyalı həmkarı Volfqanq Sobotka və Slovakiyanın daxili işlər naziri Robert Kalinyakla danışıqlar aparır.

Nazirlər Avstriyanın “Balkan marşrutu“ deyilən marşrutun son məntəqəsi olmasını nəzərə almaqla, miqrasiya problemlərini müzakirə edirlər. Forumda müxtəlif ölkələrin polis təşkilatlarının əməkdaşlığı, terrorizm təhlükəsi, qeyri-leqal miqrasiya, habelə qaçqın statusunun verilməsi prosedurunun nizamlanması kimi məsələlər nəzərdən keçirilir.

Çexiyanın daxili işlər naziri tərəflərə miqrantların geri qaytarılması prosesini tənzimləyən Avropa İttifaqı-Türkiyə müqaviləsinin mümkün iflasına hazır olmağın vacibliyi barədə xəbərdarlıq edib. Nazir hesab edir ki, “Balkan yolu”nun bağlı qalmasına nail olmaq bütün Avropa İttifaqı üçün mühüm aspektdir(azərtac).