XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

05 Noyabr 2016 - 13:17

Almaniyanın pulsuz avtobanlardan imtina etmək istəyireallaşa bilər

Almaniya hökuməti ilə Avropa Komissiyası arasında Almaniyada yol rüsumunun tətbiqi haqqında sazişin imzalanması reallaşa bilər. Bu barədə AFR-in Nəqliyyat Nazirliyi “Twitter”də məlumat verib. Qeyd edək ki, əcnəbilərin hüquqlarını tapdaladığı üçün bu saziş daha əvvəl Brüssel tərəfindən şübhə altına alınmışdı.

İdarə Almaniyanın nəqliyyat naziri Aleksandr Dobrindtin bu sözlərini sitat gətirib: “Mövqelərimiz (Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə) yaxınlaşır. Əminəm ki, elə noyabr ayında biz Avropa Komissiyası ilə sazişə nail olacağıq”.

Bundestaq avtobanlardan və şosedən istifadəyə görə minik avtomobillərinin sahiblərindən yol rüsumlarının toplanması haqqında qanunu hələ 2015-ci ilin martında qəbul edib. Bundesrat da bu qanunu elə həmin ilin mayında bəyənib. Rüsumu 2016-cı ildən tətbiq etmək planlaşdırılıb. Amma AFR-də nəzərdə tutulan yol rüsumunun əcnəbilərin hüquqlarını pozması ehtimalı Brüsseli ciddi narahat edib. Problem bundadır ki, AFR-də yeni yol rüsumu almaniyalı və əcnəbi minik avtomobilləri sürücülərinə eyni dərəcədə şamil olunacaq. Ancaq almaniyalı sürücülərin maliyyə yükünü yüngülləşdirmək üçün avtomobillərə olan vergilər eyni məbləğdə azaldılacaq. Təbii ki, bu güzəştlər əcnəbilərə şamil olunmur. Avropa Komissiyası da yaranmış vəziyyətin ayrı-seçkilik olduğunu düşünür(azərtac).