XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Noyabr 2016 - 15:34

Moldova prezident seçkilərininikinci turuna hazırlaşır

Bu gün, noyabrın 5-də Moldovada prezident seçkilərinin ikinci turu üçün seçki bülletenləri çap edilməyə başlanıb.

Azərtac Moldovanın Actualitati.md portalına istinadla xəbər verir ki, bülletenlər “Mərkəzi mətbəə” dövlət müəssisəsində çap edilir.

Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq, seçkilərdə rəqiblərin nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və akkreditə edilmiş müşahidəçilər bu tədbirdə iştirak edə bilərlər.

Xatırladaq ki, Moldovada Prezident seçkilərinin ikinci turu noyabrın 13-də keçiriləcək.