XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 16:16

Türkiyədə daha bir terror aktı:2 uşaq ölüb, 4 uşaq yaralanıb

Türkiyənin Şırnak əyalətində törədilmiş partlayış nəticəsində 2 uşaq ölüb, 4 uşaq isə yaralanıb.

Bu barədə Trend Haberturk-ə istinadən xəbər verir.

Terror aktının terrorçuların öncədən yola döşədikləri partlayıcının partlaması nəticəsində baş verdiyi bildirilir.

Şırnak valisi hadisə ilə bağlı bildirib ki, əyalətin mərkəzində terror qruplaşması təmsilçilərinin əvvəlcədən yola döşədikləri partlayıcının partlaması nəticəsində yaralanmış 6 uşaq dövlət xəstəxanasına aparılıb. Vali deyib ki, edilən bütün tibbi yardımlara baxmayaraq, iki uşağın həyatını xilas etmək mümkün olmayıb.