XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 17:37

PKK liderlərindən biriöldürüldü

PKK terror təşkilatının liderlərindən biri olan İsa Teres öldürülüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, noyabrın 3-də Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı PKK-nın Bingöl, Muş və Ərzurum üzrə rəhbəri, kod adı İsa Fərhad olan İ.Teres onunla birlikdə olan terrorçularla birlikdə məhv edilib.
 
İ.Teres 2014-cü ildən PKK-nın Bingöl, Muş və Ərzurum üzrə qanadına rəhbərlik edir. İ.Teres uzun müddət axtarışda olub və onun başına 1,5 milyon türk lirəsi mükafat qoyulub.

PKK-çılar öldürüldüyü zaman həmin ərazidə xeyli sayda silah-sursat ələ keçirilib.

Qeyd edək ki, İ.Teres 1993-cü ildən adıçəkilən terror təşkilatının üzvüdür.