XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 19:18

Dollar Türk lirəsi qarşısında bütün zamanlarınrekordunu qırıb

Dollar/TL, həftənin son iş günündə 3.1741 səviyyəsinə qalxaraq bütün zamanların rekordunu qırıb.

“Marja” xəbər verir ki, Cümə gününü 3.11 səviyyəsinin yüngül üzərində tamamlayan dollar/TL, daxili proseslərin təsiri ilə kəskin yüksəlişini davam etdirir.

Dollar/TL HDP həmsədrləri Demirtaş və Yüksekdağın həbs xəbərinin ardından yenidən hərəkətə gəlib.

BIST 100 İndeksi 3.2 faiz geriləyərkən, BIST Bank İndeksi 3.7 faiz düşüb, Türkiyə ETF-ləri 4.5% azalma ilə gün ərzində ən aşağı səviyyəyə enib. Məzənnə də axşam saatlarında 3.1734-ə qədər yüksəlib. Avro isə 3.52-ni aşıb.

Səhər saatlarında Diyarbəkirin mərkəzi Bağlar Rayonunda böyük bir partlama meydana gəldiyi barədə xəbər də ölkə daxilində gərginliyin artmasına səbəb olub.

Türk lirəsi Bloomberg-in təqib etdiyi 24 inkişaf etməkdə olan ölkə pul vahidləri arasında ən sərt düşən pul vahidi olub.