XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 20:55

Sarkisyan Ermənistanda genişmiqyaslı dəyişikliklərinanonsunu verdi

“Ermənistanda genişmiqyaslı sistem dəyişiklikləri baş verəcək”, – bunu bu gün Ermənistan Respublika partiyasının Qadınlar şurasının konfransının açılışında ölkə prezidenti Serj Sarkisyan deyib.

Virtualaz.org “Arminfo”ya istinadən xəbər verir ki, Serj Sarkisyan çıxışında deyib: “Bizi ciddi və vacib dəyişikliklər gözləyir ki, bunlar simaların, yaxud adların dəyişilməsi ilə məhdudlaşmayacaq, genişmiqyaslı və sistemli olacaq. Onların nəticələrini çox gözləmək lazım gəlməyəcək. Bundan əlavə, onlar hər bir Ermənistan vətəndaşı üçün hiss edilən və aşkar olmalıdır”.

Prezident həmçinin qeyd edib ki, bu anlamda Ermənistan cəmiyyətinin genişmiqyaslı konsolidasiyası çox mühümdür.

“Qarşıdan gələn 2-3 il Ermənistan üçün dönüş dövrü olacaq”, – Sarkisyan deyib.