XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 21:51

Medvedev:"Suriyada hakimiyyət dəyişikliyi legitim yolla baş verə bilər"

Suriyada hakimiyyət dəyişikliyi milli barışıq əsasında legitim yolla baş verə bilər; yeni siyasi konstruksiyada hazırkı prezident Bəşər Əsədə yer olub-olmayacağını suriyalılar müəyyən edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev İsrailin İkinci kanalına müsahibəsində bildirib.

"Əgər hakimiyyət dəyişikliyi barədə danışmalı olsaq, bu, legitim yolla baş verməlidir. Hansı yolla? Bu, milli barışıq olmalıdır. Münaqişənin müxtəlif tərəfləri bir masa arxasına əyləşməlidirlər, qəddar terrorçulardan başqa, onlarla danışmaq mənasızdır, onları məhv etmək lazımdır. Nəticədə yeni siyasi konstruksiya yaranmalıdır. Orada Bəşər Əsədə və ya daha kimə isə yer olacaqmı, bu bizim işimiz deyil, qoy suriyalılar özləri həll etsinlər", — deyə Medvedev bildirib.

O, Bəşər Əsədi şəxsən tanıdığını və onun hazırda Suriyada yeganə leqal fəaliyyətdə olan hakimiyyət orqan – legitim prezident olduğunu qeyd edib.