XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

06 Noyabr 2016 - 10:53

Bu gün Bolqarıstan yeniprezidentini seçəcək

Bu gün Bolqarıstanda prezident seçkilərinə start verilib. Ölkə üzrə 12 min 249 seçki məntəqəsi açılıb. 6,8 milyon nəfər səsvermə hüququna malikdir. Birinci dəfədir ki, seçkidə səs vermək məcburidir. İyirmi bir namizədin iştirak etdiyi seçkiləri 2 min müşahidəçi izləyir. İlkin nəticələr saat 20:00-dan sonra məlum olacaq.

Əsas rəqabət GERB partiyasının üzvü, Bolqarıstan parlamentinin spikeri Tsetska Tsaçeva, hava qüvvələrinin sabiq komandiri, Bolqarıstan Sosialist Partiyasının üzvü Rumen Radev və millətçi Krasimir Karakaçanov arasında gedir. Bolqarıstanın hazırkı prezidenti Rosen Plevneliev seçkilərdə iştirak etmir.

Ekspertlərin fikrincə, namizədlərin heç biri birinci turda qələbə qazana bilməyəcək. Buna görə də noyabrın 13-də seçkilərin ikinci turunun keçirilməsi mümkündür(azərtac).