XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2016 - 12:03

İŞİD-in 5 komandiri milyonlarla dolları götürübİraqdan qaçdı

isid-1

İŞİD-in 5 yüksək rütbəli komandiri qruplaşmanın xəzinəsindən milyonlarla dollar oğurlayaraq İraqın Naynava əyalətindən qaçıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə “Əs-Sumariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, oğurlanmış vəsaitlər silahlılara məvaciblərin ödənilməsi üçün nəzərdə tutulmuşdur.

“Qruplaşmanın mühasibi kimi tanınan Əbu Əl Bara Əl-Kahtani və 4 yüksək rütbəli komandir milyonlarla dolları oğurlayaraq qaçıblar”, – deyə mənbə bildirib.

Komandanlıq onların tutularaq edam edilməsinə dair göstəriş verib. Məlumata görə, xəzinədən oğurluq edən silahlılar Təl-Əfər şəhərinə, oradan Əl-Baac şəhərinə, daha sonra isə Suriya ərazisinə keçiblər.