XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

06 Noyabr 2016 - 13:25

Aktrisa Ornella Muti də Rusiyavətəndaşlığı almaq istəyir

İtaliyalı aktrisa Ornella Muti Rusiyanın rezidentidir və bu ölkənin vətəndaşlığını almaq üçün sənədlərini hazırlayır.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə klipində Mutinin çəkildiyi aktyor Aleksandr Revva məlumat verib.

"Ornella Muti artıq Rusiya Federasiyasının rezidentidir və vətəndaşlıq almaq üçün sənədlərini hazırlamağa başlayıb. Bu barədə o, "Çelentano kimi" adlı birgə klipimizin təqdimatında bildirib", — deyə Revva qeyd edib.

Bu günlərdə Hollivud aktyoru Stiven Siqal da Rusiya vətəndaşlığını qəbul edib.