XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2016 - 14:31

Pakistanda neft tankerində partlayış:26 nəfər həyatını itirib

Pakistanın Qadani şəhərində gəmi zavodundakı neft tankerində partlayış baş verib, ölənlərin sayı 26-ya çatıb, 60-a yaxın işçi yaralanıb.

Bundan əvvəl gəmidə 18 nəfərin həlak olduğu bildirilmişdi.

Hadisə ilə əlaqədar polisin yaydığı məlumatda deyilir ki, tankerdə bir-birinin ardınca səkkiz partlayış olub.

Qəza zamanı gəmidə təxminən 100 işçi olub, 30-dan çox adam itkin düşmüş sayılır. Onların arasında gəminin sahibi Abdul Qafur da var.

Hadisə ilə bağlı istintaq aparılır, polis bir neçə nəfəri saxlayıb(azərtac).