XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

06 Noyabr 2016 - 15:39

İraqın şimalında baş verən partlayışın qurbanları arasında10 İranlı zəvvar var

İraqın Sammara şəhərində baş verən partlayışın qurbanları arasında, 10 İranlı zəvvar olub.

Trend-in "İSNA" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Həcc və Ziyarət Təşkilatının rəsmi nümayəndəsi Məhəmməd Cavad Daneşvar deyib.

Qeyd edək ki, İraqda ard arda iki partlayış baş verib.

İlk partlayış Tikrit şəhərində baş verib. Terrorçu partlayıcı maddə ilə doldurulmuş təcili yardım maşınını partladıb.

Digər partlayış isə, Samarra şəhərində. Terrorçu-intiharçı özünü və maşınını şiə ziyarətgahlarının birinin yaxınlığında partladıb.

İki partlayış nəticəsində 39 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.