XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2016 - 16:24

Baş nazir kompromisə getmir:"Britaniya Avropa İttifaqından çıxacaq!"

Britaniya baş naziri Tereza Mey London məhkəməsinin qərarına baxmayaraq, Brexit-lə (Britaniyanın Avropa İttifaqından çıxması) bağlı prosedurların tam şəkildə həyata keçiriləcəyini bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Mey hökumətin bunun üçün lazım olan hər bir şeyi etməli olduğunu deyib.

Onun sözlərinə görə, Britaniya parlamentinin deputatları Britaniyanın Aİ-dən çıxması ilə bağlı iyun referendumunun nəticələrini tanımalıdır. 

Qeyd edək ki, noyabrın 3-də London Ali Məhkəməsi Böyük Britaniya hökumətinin Avropa İttifaqından çıxmaq (Brexit) proseduruna başlamasını qadağan edən qərar qəbul edib.

Məhkəmənin qərarına əsasən hökumət Lissabon müqaviləsinin 50-ci maddəsini müstəqil şəkildə həyata keçirmək hüququna malik deyil və bunun üçün parlamentin qərarı lazımdır. Hökumətin bu qərardan apellyasiya şikayəti verəcəyi bildirilir.

Baş nazir Tereza Mey parlament səsverməsi keçirmədən 2017-ci il martın sonlarına qədər Lissabon müqaviləsinin 50-ci maddəsi əsasında Aİ-dən çıxmaq proseduruna başlayacağını açıqlayıb. Məhkəmənin qərarı isə “Brexit”in başlama müddətini gecikdirə bilər.   

Xatırladaq ki, bu ilin iyun ayında Böyük Britaniyada Avropa İttifaqından çıxmaq barədə referendum keçirilib. Səsvermədə iştirak edənlərin 51,9 faizi “Brexit”in lehinə, 48,1 faizi isə əleyhinə səs verib.