XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2016 - 20:08

Əsəd qüvvələri İdlibə zərbə endirib:11 ölü, 40 yaralı

Bəşər Əsədə məxsus hərbi qüvvələr Suriyanın İdlib vilayətinin Əl-Dana yaşayış məntəqəsindəki bazara və orta məktəb binasına zərbələr endirib.

"Report"un məlumatına görə, bu barədə İdlib səhra hospitalının işçiləri "Anadolu" agentliyinə xəbər veriblər.

Məlumata zərbələr nəticəsində 11 nəfər həlak olub. Onların əksəriyyəti qadınlar və uşaqlardır.

Bundan əlavə, zərbələr zamanı azı 40 xəsarət alıb. Yaralılar səhra xəstəxanasına yerləşdiriliblər.

Hazırda Mülki Müdafiə İdarəsinin əməkdaşları yaralıları və həlak olanların meyitlərini dağıntılar arasından çıxarmağa çalışırlar.