XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2016 - 21:19

Albaniya, Kosovo və Makedoniyada İŞİD əməliyyatı:20 nəfər həbs edildi

Albaniya, Makedoniya və Kosovoda İŞİD terror qruplaşması əleyhinə keçirilmiş əməliyyat zamanı 20 nəfər həbs edilib.

"Report"un məlumatına görə, bu barədə Albaniyanın Baş Polis İdarəsi xəbər yayıb.

Məlumatda bildirilir ki, əməliyyatı Albaniyanın Terrorizmə Qarşı Polis Departamenti Tiranada, Şkoderdə, Debrdə və Elbasanda keçirib. Əməliyyat zamanı Albaniyada 4 nəfər həbs edilib.

Həbs edilənlər terror qruplaşması ilə əlaqədə, həmçinin İŞİD-ə maddi dəstək verməkdə ittiham olunurlar.
Albaniya Prokurorluğu faktı ağır cinayət işi kimi araşdırır.