XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2016 - 22:44

Futbol azarkeşləri atəşə tutulub:11 ölü, 16 yaralı

Cənubi Sudanda naməlum şəxs futbol azarkeşlərinə atəş açıb.

"Report" xəbər verir ki, bu barədə "National Courier" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt yaxınlığındakı Cub şəhərində baş verib. Belə ki, bir qrup azarkeş İngiltərə premyer liqasının matçını izləyərkən naməlum şəxs onlara hücum edib.

Atəş zamanı 11 nəfər ölüb, daha 16 nəfər isə xəsarət alıb. Cinayəti törətmiş şəxs qaçaraq gizlənməyə müvəffəq olub.