XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2016 - 23:01

“Ya ölü, ya da diri ələ keçirilməli…” –İngilis xüsusi təyinatlılara 200 nəfərlik siyahı verildi

ingilis-teyinatlilari-sas

Böyük Britaniya hökuməti İŞİD-in tərkibində döyüşən ingilislərlə bağlı real hərəkətə keçir.

İngiltərənin "Daily Star Sunday" nəşri xəbər verir ki, İngilis xüsusi təyinalı dəstəsi – SAS-a İŞİD-in tərkibində döyüşən 700-dək ingilis terrorçusunun daha təhlükəlisi sayılan 200 nəfərinin siyahısı verilib:

"Həmin 200 ingilis daha təhlükəlidir. Onlar bomba hazırlamaq və yeni terror törətmək üzrə ixtisaslaşıblar. SAS-a həmin 200 terroristin siyahısı verilib. Xüsusi təyinatlılar İraqa, yeri gələrsə, Suriiyaya girib, onları ya ölü, ya da diri ələ keçirməlidirlər. Hökumət canlı ələ keçiriləcək ingilis terrorçularının isə ölkəyə deyil, İraqa təhvil verilməsi tapşırığını verib". 

Qəzetin iddiasına görə, 200 nəfərlik siyahıda keçmiş ingilis qəzetçi Sally Jonesin də adı var.

Məlumatda hazırlanan 200 nəfərlik siyahının MI6 və CIA kəşfiyyatı tərəfindən toplanan bilgi əsasında hazırlandığı da bildirilir.

Mia.az