“ABŞ-da iqtidara gələcək hökumət hazırkı hökumətin nüvə anlaşması ilə bağlı İran qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlidir və onları poza bilməz”.
Strateq.az bildirir ki, bu sözləri İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Qasimi ABŞ-da sabahkı seçkilərlə bağlı deyib.
XİN sözçüsü Amerikada prezident seçkilərini “yaxşı fenomen” adlandırıb: “Seçki yaxşı fenomendir və İran dünyanın hər bir yerində seçkilərin keçirilməsini müsbət qiymətləndirir. Amerika seçkilərinə gəlincə isə kimin qalib gələcəyini başqaları deyil, ABŞ xalqı müəyyənləşdirəcək”.