XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 14:15

“Rusiya ilə danışıqlar aparmağa hazırıq” –Türkiyədən yeni raket istehsalı açıqlaması

raket

"Uzun mənzilli hava müdafiə sistemi hazırlamaq üçün bizimlə əməkdaşlıq etmək istəyən hər kəslə, o cümlədən Rusiya ilə danışıqlar aparmağa hazırıq".

Bunu Türkiyə Müdafiə Sənayesi müaşviri İsmayıl Dəmir jurnalistlərə açıqlamasında deyib.

“Uzun mənzilli hava müdafiə sistemi hazırlamaq üçün daha öncə verilən təklifləri araşdırırıq. Bizimlə əməkdaşlıq etmək istəyən hər kəslə, o cümlədən Rusiya ilə danışıqlar aparmağa hazırıq. “Altay” milli tank layihəsini icra edən şirkətdən (Otokar) yenilənmiş bir təklif istəmişik. Dəyərləndirmələr davam edir”, – müşavir qeyd edib.

Xatırladaq ki, Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin rəhbəri Aleksandr Fomin Türkiyəyə hava hücumundan müdafiə sistemlərinin verilməsilə bağlı danışıqlar aparıldığını açıqlamışdı.

Axar.az