XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Noyabr 2016 - 15:18

Gənc prokuror sərvətini açıqladı:4 mənzil, 3 qaraj, «Volkswagen Tiguan», «Porsche Cayenne...

Ukraynada gənc prokuror Alena Bobita gəlir deklarasiyasında mal varlığını açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı Bobita 4 mənzilə, 3 qaraja, 2 bahalı avtomobilə sahibdir.

Mənzillərdən ikisi Kiyevdə yerləşir. Onlardan biri 130, digəri 221 kvadratmetrdir.
 
Xanım prokurorun «Volkswagen Tiguan» (2013) və «Porsche Cayenne (2011) markalı iki avtomobili, Kiyevdə 3 qarajı var. 

Deklarasiyada qeyd olunur ki, Alena Bobitanın illik gəliri 75 min qrivnadır. 

Ukraynanın Korrupsiyaya qarşı Mübarizə Mərkəzi deklarasiyanı şərh edərək bildirib ki, A.Bobita «Volkswagen Tiguan»ı 150 min qrivnaya aldığını iddia edir. Halbuki bu avtomobilin real qiyməti 500 min qrivnadı: «Bura «Porsche Cayenne» və Dominikan və Misirdə mütəmadi istirahətləri də əlavə etsək, «ideal prokuror» portreti yaranmış olar».