Moskvada ümumi dəyəri 23 milyon, 461 min rubl olan 13 ton qırmızı kürü oğurlanıb.
Strateq.az İnterfaks-a istinadən xəbər verir ki, naməlum şəxslər beton hasarı yararaq kürünün saxlanıldığı obyektə giriblər.
Moskva polisində fakt üzrə Rusiya Cinayət Məcəlləsinin 158-ci (oğurluq) maddəsi üzrə cinayət işi başladılıb.