XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 16:22

«Samsung» şirkəti «The New York Times», «The Wall Street Journal» və «The Washington Post»unreklam səhiflərini satın aldı

«Samsung» şirkəti məşhur nəşrlərdən «The New York Times», «The Wall Street Journal» və «The Washington Post»un reklam səhiflərini satın alıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, səbəb şirkətin bu səhifələrdə üzrxahlıq dərc etməsidir.

Üzrxahlıq mətnində «Samsung»un «Galaxy Note 7» smartfonunda, paltaryuyan maşınlarında yaranan son problemlərdən bəhs olunur.

"İnsanların həyatını daha da asanlaşdıran texnologiyalar yaratmaq üçün innovasiyaları inkişaf etdiririk. İşimizin əsas prinsipi keyfiyyət və təhlükəsizlikdir. Son vaxtlar biz bunlara riayət edə bilmədik», – deyə üzrxahlıqda bildirilir.