XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 23:11

Türkiyədən ABŞ-a xəbərdarlıq:"Əgər əlaqələrimizin zədələnməsini istəmirsinizsə,..."

movlud-cavusoglu

"Ən mühüm sənəd Vaşinqtonun əlindədir".

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fətullah Gülənin ekstradisiyası məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, terrorçubaşının təhvil verilməməsi Türkiyə-ABŞ münasibətlərinə ciddi şəkildə təsir göstərəcək:

“Lazımi sənədləri ABŞ-a çatdırdıq. Ədliyyə nazirimiz də Vaşinqtona səfər etdi. Hazırda orda danışıqlar aparır. Onu demək istəyirəm ki, ən mühüm sənəd ABŞ-ın əlindədir. Yəni Gülənin müvəqqəti olaraq saxlanılması və bizə təhvil verilməsi üçün əsas var. ABŞ rəsmiləri ilə görüşdə həmişə bu məsələni vurğulayırıq: Bu terrorçuya sahib çıxmaq münasibətlərimizə ciddi xələl gətirəcək. Əgər əlaqələrimizin zədələnməsini istəmirsinizsə, mütləq bu terrorçubaşını bizə təhvil verməlisiniz. Özləri də Türkiyə ictimaiyyətinin fikrini çox yaxşı bilirlər”.

Axar.az