XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Noyabr 2016 - 11:46

“Real Clear Politics”:"Donald Tramp seçənlər kollegiyasının 278 səsini toplayıb"

ABŞ-ın bəzi KİV-ləri Prezident seçkilərində Respublikaçılar partiyasının namizədi Donald Trampın artıq qəti qələbə qazandığını elan ediblər.

Azərtac xəbər verir ki, ölkənin bir sıra KİV-ləri, o cümlədən “Real Clear Politics” informasiya və tədqiqatlar mərkəzi Pensilvaniya ştatındakı qələbədən sonra Donald Trampın seçənlər kollegiyasının 278 səsini (ümumi səslərin 48,2 faizini) topladığını bildirib. Hillari Klintonun isə seçənlər kollegiyasından 218, ümumilikdə isə 47 faiz səs aldığı qeyd olunub.