İranın cənubunda Fars əyalətində avtobusun qəzaya düşməsi nəticəsində ölənlərin sayı 28-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti Sinxua agentliyinə istinadən xəbər verir.
İRNA agentliyi əyalətin fövqəladə hallar idarəsinə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananlar Şiraz şəhərinin xəstəxanasına yerləşdiriliblər.