XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 14:21

Türkiyədə müxalif deputatı 15 ilə qədərcəza gözləyir

Türkiyənin Diyarbəkir vilayətinin məhkəməsində Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Fələknas Ucaya qarşı cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb.

Trend bu barədə Türkiyənin SABAH qəzetinə istinadən xəbər verir.

Vilayət prokurorluğu tərəfindən açılmış cinayət işində deputat silahlı terror təşkilatına üzv olmaqda ittiham olunur.

Qəzetin yazdığına görə, millət vəkili 7.5 ildən 15 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, HDP-dən 12 millət vəkili həbs olunub.