XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 14:47

İran XİN:"ABŞ nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməlidir"

ABŞ istənilən halda İranla əldə olunan nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməlidir.

Trend-in IRINN telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Donald Trampın ABŞ prezidenti seçilməsini şərh edən M.C.Zərif bu posta seçilən insanın dünya həqiqətlərini dərk etməli olduğunu deyib.

Nazir qeyd edib ki, bu ABŞ vətəndaşlarının seçimidir:

"Tehranın Vaşinqtonla siyasi əlaqələri yoxdur, amma istənilən halda ABŞ nüvə sazişi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir”.