ABŞ prezidenti Barak Obama prezident seçkilərində qələbə qazanması münasibətilə Donald Trampı təbrik edib.
Bu barədə "Associated Press" məlumat yayıb.
Obama Trampa seçki qərərgahında çıxışı zamanı zəng edib. Daha sonra Tramp Obamaya zəng edib. Bundan əvvəl isə Trampa seçkilərdəki rəqibi Hillari Klinton zəng edib və qələbə münasibətilə təbrik edib.
Məlumata görə, Obama noyabrın 10-da Trampla görüşə bilər(azadliq.info).