XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 19:48

BMT baş katibi Donald Trampıtəbrik etdi

BMT-nin baş katibi Pan Gi Mun Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə baş katib beynəlxalq təşkilatın mənzil-qərargahında jurnalistlər qarşısında çıxışında bildirib.

"Mən cənab Donald Trampı ABŞ-ın 45-ci prezidenti seçilməsi münasibətilə təbrik edirəm" – deyə BMT-nin baş katibi bildirib.

Onun sözlərinə görə, beynəlxalq təşkilat Vaşinqtonun yeni administrasiyasının beynəlxalq əməkdaşlığı gücləndirəcəyini, iqlim dəyişikliyinə qarşı mübarizə aparacağını, insan haqlarını təşviqini və qlobal sosial-iqtisadi inkişafa kömək edəcəyini düşünür.