XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 20:52

Klinton Trampdan çoxsəs toplayıb

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton noyabrın 8-də keçirilən prezident seçkisində ümumilikdə respublikaçı rəqibi Donald Trampdan çox səs toplayıb.

KİV-lərin məlumatına görə, Hillari Klinton 99,2 faizdən çox, Tramp isə 59,1 faizdən az səs toplayıb. Bu 130 mindən çox səs deməkdir.

Amma əsas iri ştatlarda qalib gələn Donald Tramp 289 seçici səsi ilə prezident seçilib.

Hillari Klinton isə 218 seçici səsi toplaya bilib. Qələbəni təmin eləmək üçün qalibə 270 seçici səsi lazım idi. Beləliklə, Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib.

Eyni hal 2000-ci ildə təxminən bərabər səs toplayan respublikaçı Corc Buşla demokrat Al Qor arasında da olub. Həmin vaxt daha çox seçici səsi toplayan Corc Buş prezident seçilib.