BMT: “Suriya “tam iflasın” astanasındadır”
ABŞ-ın ardınca Almaniya xarici işlər naziri Ştaynmayer Suriya nizamlaması üzrə danışıqlara Əsədin qatıla bilməsini ehtimal edir.
Strateq.az xarici KİV-ə istinadən bildirir ki, Ştaynmayer Suriyadakı böhrana hətta Bəşər Əsədin iştirakı tələb olunsa da, yalnız danışıqlar masası arxasında son qoyula biləcəyini qeyd edib.
Nazir bu qayda ilə BMT baş katibinin özəl elçisi Staffan de Misturanın Dəməşq və Suriya müxalifəti ilə böhranın nizamlanması üzrə apardığı danışıqlara dəstək verib.
Qeyd edək ki, BMT baş katibi Pan Gi Mun martın 12-dəki çıxışında deyib ki, Suriya “tam iflasın” astanasındadır və Təhlükəsizlik Şurası qan tökülməsinin qabağını almaq üçün qəti addımlar atmalıdır. Baş katib bildirib ki, münaqişə qurbanlarını sayı 220 min nəfərdən çoxdur və 11,5 milyon nəfər evlərini tərk etməyə məcbur olub.