XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

11 Noyabr 2016 - 15:03

“Yəməndə yaraqlılar “Zilzal” raketlərindən istifadə edir” –Səudiyyə Ərəbistanı bəyanat verdi

sedudiyye-bayrqai

İran KİV-də bu ölkədə istehsal olunmuş "Zilzal" raketlərindən Yəməndə Husi yaraqlılarının Səudiyyə Ərəbistanı sərhədlərinə etdikləri hücumlarda istifadə etmələri dərc edilmiş açıqlamalarla bağlı Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Strateq.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı Krallığı XİN bəyan edib ki, İran hələ də regionda ərəb ölkələrinin daxili işlərinə qarışır, orada gərginlik və qeyri-sabitlik yaradır: “Yəməndə baş verən xaos və qeyri-sabitlik İranın kobud surətdə Yəmənin daxili işlərinə qarışmasının davamından başqa bir şey deyil. Onun məqsədi Yəmənin əmin-amanlıq və sabitliyini alt-üst etmək, mənfur məzhəbçiliyə rəvac vermək,  BMT Təhlükəsizlik Şurasının (2015-ci ildə qəbul olunmuş) 2215-cı qərarına istinadən Yəmən böhranının həlli üçün sərf edilən beynəlxalq səyləri uğursuzluğa uğratmaqdır”.

Krallığın nazirliyi çox təəssüflə qeyd edir ki, İranYəməndəki qiyamçılara dəstək verməkdə davam edərək, onları silah, hərbi mütəxəssis və "Zilzal" raketləri ilə təchiz edir.  Bunun nəticəsində də regionda qeyri-sabitlik yaranmış, gərginlik artıb. XİN iddia idir ki, İran rejiminin qiyamçılara dəstək verir, həvəsləndirir, Yəmənin daxili işlərinə qarışır. Buna görə Yəmən xalqının üzləşdiyi bəlalara səbə olub, qiyamçıların Səudiyyə Ərəbistanının sərhədlərinə təcavüz etməsi, onun şəhərlərini raket atəşinə tutmasına yol açıb. Onların bu təhrikləri artıq beynəlxalq dəniz gəmiçiliyinə təhlükə yaradır.  

Səudiyyə Ərəbistanı Krallığı öz suverenlik və təhlükəsizliyini qorumaq haqqını vurğulayaraq beynəlxalq ictimaiyyəti İrandakı rejimin regionda qeyri-sabitlik yaratmasına, oradakı dövlətlərə təcavüz etməsinə və onların daxili işlərinə qarışmasına qarşı öz üzərinə düşən rolu və məsuliyyəti yerinə yetirməyə çağırır.

 L.SƏMLA