XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 March 2015 - 07:21

ABŞ İlham Əliyevin əfv sərəncamını alqışladı

ABŞ Azərbaycan prezidenti İlham Əliyevin əfv haqqında sərəncamını alqışlayır.

RİA Novosti xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki bildirib.

Psaki qeyd edib ki, azad edilənlərin dördü Azərbaycanın qeyri-hökumət təşkilatlarının üzvləridir.

Xatırladaq ki, martın 18-də Azərbaycan prezidenti İlham Əliyev 101 nəfərin əfv olunması haqqında sərəncam imzalayıb.

Azadlıqdan məhrum edilmiş 90 nəfər cəzasının qalmış hissəsindən, dörd nəfər islah işləri cəzasından, yeddi nəfər isə cərimə cəzasından azad edilib.